Modern.az

Namiq Abdullayev millidən ayrıldı

Namiq Abdullayev millidən ayrıldı

İdman

15 Mart 2023, 16:02

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində iclas keçirilib.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb.

 

Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

 

AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Olimpiya çempionuna xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

 

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. AGF-in vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Şterev baş məşqçi kimi kollektivə təqdim edilib.

 

O, bu postda 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudovu əvəzləyib. AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?