Modern.az

FIFA transferlərə məhdudiyyət qoymağı təklif edir

FIFA transferlərə məhdudiyyət qoymağı təklif edir

16 Mart 2023, 14:18

FIFA transferlərə məhdudiyyət qoymağı təklif edib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun Ruandada keçirilən 73-cü Konqresində yenidən prezident seçilən Canni İnfantino çıxışında deyib.

 

Oyunçuların transfer qiymətlərinin getdikcə artmasından narahatlığını dilə gətirən isveçrəli funksioner bildirib ki, limit tətbiq etməyi düşünürlər: “Köçürmə məbləğləri və komissiyaların şəffaflığı üzərində işləməliyik. Xərcləmə limiti tətbiq etmək lazım ola bilər. Bunu necə müəyyənləşdirmək barədə fikirləşməliyik. Bu məsələni FIFA üzvləri ilə müzakirə edəcəyik”.

 

Qeyd edək ki, FIFA 2023-cü ilin qış transfer pəncərəsində klubların ümumilikdə 1,57 milyard dollar xərc çəkdiklərini açıqlayıb ki, bu da rekord göstəricidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?