Modern.az

FIFA-nın yeni prezidenti seçildi

FIFA-nın yeni prezidenti seçildi

İdman

16 Mart 2023, 14:38

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti seçilib.

 

Modern.az xəbər verir ki, FIFA rəhbərinin seçkisi təşkilatın Kiqalidə (Ruanda) keçirilən 73-cü Konqresində baş tutub.

 

52 yaşlı funksioner bu posta yeganə namizəd olub. Onun müqaviləsi 2027-ci ilə qədərdir.

 

İnfantino 2016-cı ildən - qurumda korrupsiya qalmaqalından və onun əvvəlki prezidenti Yozef Blatterin istefasından sonra FIFA-ya rəhbərlik edib. 2019-cu ilin iyununda İnfantino ikinci müddətə seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi