Modern.az

Qadın şahmatçılarımız Avropa çempionatına yollanır

Qadın şahmatçılarımız Avropa çempionatına yollanır

İdman

17 Mart 2023, 08:34

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

 

Azərbaycan Şahmat Federasiyasından Modern.az-a bildirilib ki, 11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək.

 

Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcək.

 

Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi