Modern.az

Çempionlar Liqasının 1/4 final cütlükləri  

Çempionlar Liqasının 1/4 final cütlükləri  

17 Mart 2023, 15:21

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi üçün püşk atılıb.

 

Modern.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

 

Beləliklə, 1/4 mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:

 

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

 

Bu mərhələnin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində, final isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir