Modern.az

Avropa Liqasında mövsümün son püşkü atıldı - FOTO

Avropa Liqasında mövsümün son püşkü atıldı - FOTO

17 Mart 2023, 16:18

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə raundun cütlükləri bəlli olub.

 

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.

 

UEFA Avropa Liqası
1/4 final mərhələsi

 

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

 

Yarımfinal

 

1. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) / "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
2. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) / "Bayer" (Almaniya) - "Union" (Belçika)

 

Final

 

1-ci cütün qalibi - 2-ci cütün qalibi

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir