Modern.az

Azərbaycan idmançıları İrəvana gedir

Azərbaycan idmançıları İrəvana gedir

17 Mart 2023, 16:54

Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycan 5 idmançı ilə iştirak edəcək.

 

"Martın son üç günündə iştirak üçün qeydiyyatdan keçmiş ölkələr Avropa Federasiyasına pul köçürmələri etməlidirlər. Əgər onlar qeydiyyatı tamamlayıb pulu köçürsələr, yekun təklif olacaq və Azərbaycan millisi bu çempionatda iştirak edəcək”,- deyə erməni nazir müavini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir