Modern.az

Konfrans Liqasında 1/4 final cütləri bəlli oldu

Konfrans Liqasında 1/4 final cütləri bəlli oldu

İdman

17 Mart 2023, 17:21

Konfrans Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, turnirin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutan tədbirdə 1/8 final səddini adlayan komandalar 4 cüt təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər, həmçinin finalın nominal meydan sahibi bəlli olub.

 

Konfrans Liqası
1/4 final (13 və 20 aprel)


1. “Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
2. “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
3. “Anderlext” (Belçika) - “Alkmaar” (Niderland)
4. “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)

 

1/2 final (11 və 18 may)


1. 1-ci cütün qalibi - 4-cü cütün qalibi
2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi

 

Final (7 iyun, Praqa, Çexiya)


1-ci cütün qalibi - 2-ci cütün qalibi

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı