Modern.az

"Qarabağ" - "Qalatasaray" matçının hakimləri məlum oldu

İdman

19 Mart 2023, 00:41

Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ”la Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

 

Bu barədə Modern.az-a AFFA-dan bildirilib.

 

Saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu