Modern.az

Boksçularımız dünya kubokundan 6 medalla qayıdıb

Boksçularımız dünya kubokundan 6 medalla qayıdıb

İdman

20 Mart 2023, 09:53

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kubokuna yekun vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

 

Məlumata görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.

 

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.

 

Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir