Modern.az

Nəriman Abbasov növbəti döyüşünə çıxır

Nəriman Abbasov növbəti döyüşünə çıxır

İdman

20 Mart 2023, 12:16

Azərbaycanlı döyüşçü Nəriman Abbasov bu gün növbəti döyüşünü keçirəcək.

 

Modern.az xəbər verir ki, yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq.

 

29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü