Modern.az

Azərbaycanı Ermənistanda bu idmançılar təmsil edəcək - ADLAR

Azərbaycanı Ermənistanda bu idmançılar təmsil edəcək - ADLAR

20 Mart 2023, 12:34

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan tədbirə 5 idmançı ilə qatılacaq.

 

Belə ki, Azərbaycanı çempionatda idmançılar İsa Rüstəmov, Ömər Cavadov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və Nazilə İsmayılova təmsil edəcək.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan bu barədə məlumat vermişdi: "Martın son üç günündə iştirak üçün qeydiyyatdan keçmiş ölkələr Avropa Federasiyasına pul köçürmələri etməlidirlər. Əgər onlar qeydiyyatı tamamlayıb pulu köçürsələr, yekun təklif olacaq və Azərbaycan millisi bu çempionatda iştirak edəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı