Modern.az

Ölkəmizi “Böyük dəbilqə”də onlar təmsil edəcək

Ölkəmizi “Böyük dəbilqə”də onlar təmsil edəcək

21 Mart 2023, 10:55

Martın 24-26-da Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

 

Modern.az xəbər verir ki, turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edəcək.

 

Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.

 

Cüdoçularımıza yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.

 

Yarışda A kateqoriyalı beynəlxalq dərəcəli hakimimiz Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

 

Turnirdə 61 ölkədən cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub