Modern.az

Qubada silsilə oğurluq edənlər saxlanıldı

Qubada silsilə oğurluq edənlər saxlanıldı

21 Mart 2023, 12:39

Quba rayonu ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

 

Bu barədə Modern.az-a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7 905 manat ziyan vurublar.

 

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi