Millimizin oyunu polşalı hakimlərə tapşırıldı

Millimizin oyunu polşalı hakimlərə tapşırıldı

21 Mart 2023, 13:50

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, görüşü Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 24-də Linzdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakı çağırış etdi, separatçılar təslim olmadı