Modern.az

Əliyar Ağayev AVRO-2024-ə təyinat aldı

Əliyar Ağayev AVRO-2024-ə təyinat aldı

İdman

21 Mart 2023, 15:10

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub.

 

Modern.az xəbər verir ki, matçın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

 

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

 

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar