Modern.az

Qapıçının vurduğu qol “Ginnesin rekordlar kitabı\"na düşə bilər

Qapıçının vurduğu qol “Ginnesin rekordlar kitabı\

23 Mart 2023, 09:21

Çilinin "Kobresal" klubunun qapıçısı Leandro Rekena inanılmaz qola imza atıb.

 

Modern.az xəbər verir ki, bu barədə “TNT Sports Chile” nəşri məlumat yayıb.

 

“Kolo-Kolo” klubu ilə matçın 77-ci dəqiqəsində “Kobresal” 2:0 hesabı ilə öndə olarkən argentinalı qapıçı topu güclü zərbə ilə qarşı tərəfə göndərib.

 

Rəqib komandanın qapıçısı Brayan Kortez mövqeyindən xeyli uzaqlaşdığı üçün topun qarşısını ala bilməyib.

 

Rekena qolu 101 metr məsafədən vurub və bu da mütləq rekordun qırıla biləcəyi deməkdir. Matçdan sonra Rekena klubun “Ginnesin rekordlar” kitabına müraciət edəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir