Modern.az

Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

23 Mart 2023, 11:00

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərindəki Pecara idman zalında keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Oyunun baş hakimi danimarkalı Martin Koster olacaq. Ona Nikola Manzione (İtaliya) və Peter Nurse (İngiltərə) kömək göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir