Modern.az

UEFA “Barselona”nı Avrokuboklardan kənarlaşdıra bilər

UEFA “Barselona”nı Avrokuboklardan kənarlaşdıra bilər

İdman

23 Mart 2023, 15:07

UEFA İspaniyanın “Barselona” klubunu bir il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb klubun İspaniyanın Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməsidir.

 

Qitə futbol qurumunun nizam-intizam əsasnaməsində qeyd olunduğu kimi, klublar həm milli, həm də beynəlxalq səviyyədə oyunların nəticələrinə təsir göstərmək üçün qeyri-qanuni üsullardan istifadə edə bilməzlər. Komandalar qaydanı pozarsa bir mövsüm, çox ciddi qayda pozuntularına görə isə üç il müddətinə avrokuboklarda iştirakdan məhrum edilə bilərlər.

 

“Barselona”nın Neqreyraya ödənişlərində də mümkün korrupsiya qalmaqalı araşdırılır. Məsələ ilə bağlı qərar iyunda veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!