Qaxda 22 yaşlı oğlan həmkəndlisini BIÇAQLADI

Qaxda 22 yaşlı oğlan həmkəndlisini BIÇAQLADI

24 Mart 2023, 10:21

Dünən saat 18 radələrində Qax rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün  müvafiq ekspertiza təyin edilib.

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur