Modern.az

Azərbaycanın reytinqi açıqlandı

Azərbaycanın reytinqi açıqlandı

İdman

24 Mart 2023, 14:17

Paris-2024 Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növlərində keçirilən dünya çempionatlarının medal sıralaması açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, cari olimpiya tsiklində qazanılan medallar yer alıb.

 

Azərbaycan idmançıları bu müddətdə dünya çempionatlarında 13 medal qazanıb. Təmsilçilərimiz olimpiya çəki dərəcələrində hələlik çempionluq sevinci yaşamayıb.

 

Potensial olimpiyaçılarımız 2 gümüş və 11 bürünc medal əldə edib. İdmançılarımız yunan-Roma və sərbəst güləş, boks, qılıncoynatma, cüdoda fərqlənib.

 

Ümumilikdə indiyədək 1507 dəst medal sahibini tapıb. Bu mükafatları 91 ölkə təmsilçisi qazanıb.

 

Siyahıya ABŞ başçılıq edir – 60 qızıl, 51 gümüş, 50 bürünc. Çin (41, 20, 31) ikinci, Yaponiya (33, 37, 28) üçüncüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır