Modern.az

Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər 

Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər 

İdman

24 Mart 2023, 22:13

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Belarusun AVRO-2024-dən uzaqlaşdırılmasını müzakirə etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

 

Belarus klubları və milli komandanın beynəlxalq futbol yarışlarında iştirakına hələ də icazə verilir. Avropa Parlamentinin deputatları Belarusun AVRO-2024-ün seçmə turnirindən çıxarılmasını tələb ediblər.

 

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının aprelin 4-də Lissabonda keçirilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı