Modern.az

Azərbaycan Avstriyaya uduzdu - YENİLƏNİB 

Azərbaycan Avstriyaya uduzdu - YENİLƏNİB 

25 Mart 2023, 01:50

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib. 

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komandamız səfərdə Avstriyanın qonağı olub. 

 

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

 

***

23:40

Avstriya və Azərbaycan arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb. 

 

Modern.az xəbər verir ki, Linz şəhərində keçirilən oyun saat 23:45-də start götürüb. 

 

***

23:30

AVRO-2024-ün seçmə mərhələsinin I turunda qarşı-qarşıya gələcək Avstriya və Azərbaycan komandalarının start heyətləri açıqlanıb 

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

 

Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner

 

Baş məşqçi: Ralf Ranqnik

 

Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü

 

Baş məşqçi: Canni De Byazi

 

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir