Modern.az

Çox əziyyət çəkdik - De Byazidən məğlubiyyət şərhi

Çox əziyyət çəkdik - De Byazidən məğlubiyyət şərhi

25 Mart 2023, 08:30

"İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq".

 

Modern.az xəbər verir ki, bunu “Avro-2024”ün seçmə mərhələsində səfərdə Avstriya yığmasına məğlub olan  Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

"İkinci qoldan sonra inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik. Millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim qarşısında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”, - deyə baş məşqçi bildirib.

 

Qeyd edək ki, Linz şəhərində keçirilən Avstriya – Azərbaycan oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub