Modern.az

Millimiz növbəti oyununa çıxır

Millimiz növbəti oyununa çıxır

İdman

25 Mart 2023, 08:44

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada yerli komanda ilə qarşılaşacaq.

 

Oyun Rumıniyadan olan hakim Ana Mariya Aleksandra Terteleaka tapşırılıb. Ona Aleksandra Apostu (Rumıniya), Ana Ciobotaru və Yelena Gobjila (hər iki Moldova) kömək edəcəklər.

 

Qeyd edək ki, millimiz ilk oyununda Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır