Modern.az

Bu gün ən güclü gimnastlar bilinəcək

Bu gün ən güclü gimnastlar bilinəcək

25 Mart 2023, 11:48

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, çempionatın ikinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə final mərhələsində çıxış edirlər. Həmçinin gənc gimnastlardan ibarət qrup hərəkəti komandaları 5 ip və 5 topla çıxışlarını nümayiş etdirəcəklər. Böyüklərdən ibarət qrup hərəkəti komandaları 5 halqa və 3 lent və 2 topla proqramları təqdim edəcəklər.

 

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayır.

 

Çempionata bu gün yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır