Modern.az

Karateçilərimiz Avropada 4 medal qazandı 

Karateçilərimiz Avropada 4 medal qazandı 

26 Mart 2023, 00:22

Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar.

 

Modern.az xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.

 

Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal görüşündə qalib gəlməklə fəxri kürsüyə qalxıblar. Fidan Teymurova (50 kq) turniri 5-ci pillədə başa vurub.

 

Qeyd edək ki, Avropa çempionatına 48 ölkədən 468 idmançı qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü