Modern.az

Avro-2024: seçmə mərhələdə ilk turun nəticələri

Avro-2024: seçmə mərhələdə ilk turun nəticələri

26 Mart 2023, 09:00

Almaniyada təşkil olunacaq “Avro-2024”-ün seçmə mərhələsində ilk tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçirilib.

 

A qrupunda Şotlandiya yığması Kipri, İspaniya millisi Norveçi qəbul edib. Hər iki oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

 

D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla üz-üzə gəlib. “Ay-ulduzlular” İrəvandakı matçda erkən qol buraxsalar da, qalan dəqiqələrdə rəqib qapısından iki top keçirməklə əzmkar qələbəyə imza atıblar. Qrupun digər oyunu isə Xorvatiya və Uels yığmaları arasında olub. Xorvatlar bu oyunda qələbəni son anda əldən veriblər.

 

Digər üç qarşılaşma I qrupu çərçivəsində keçirilib. Belarus İsveçrəni, İsrail Kosovonu, Andorra da Rumıniyanı qəbul edib. İsraildəki oyunda qalib müəyyənləşməyib. Digər iki oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.

 

AÇ-2024-ün seçmə mərhələsi

Qrup mərhələsi, 1-ci tur

25 mart

 

A qrupu

 

Şotlandiya – Kipr 3:0

Qol: Makqinn, 21. Maktominay, 87; 90+3.

İspaniya – Norveç 3:0

Qol: Olmo, 13. Xoselu, 84; 85.

 

D qrupu

 

Ermənistan – Türkiyə 1:2

Qol: O.Kabak, 11 (avtoqol) - O.Kökcü, 35. K.Aktürkoğlu, 64.

Xorvatiya – Uels 1:1

Qol: Kramariç, 28 – Brodhed, 90+3.

 

I qrupu

 

Belarus – İsveçrə 0:5

Qol: Şteffen, 4; 17; 29. Caka, 62. Amduni, 65.

İsrail – Kosovo 1:1

Qol: Perets, 56 – Dasa, 36 (avtoqol).

Andorra – Rumıniya 0:2

Qol: Man, 35. Alibek, 50.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir