Modern.az

Millimiz bu gün növbəti oyununa çıxır

Millimiz bu gün növbəti oyununa çıxır

27 Mart 2023, 07:53

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.

 

F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.

 

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

 

22:45. İsveç – Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?