AVRO-2024-ün seçmə mərhələsində ikinci oyun keçirilib.
Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisi səfərdə İsveçin qonağı olub.
Stokholm şəhərində təşkil olunan matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək. F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.