Modern.az

De Byazi özü istefa verib getməlidir - DEPUTAT

De Byazi özü istefa verib getməlidir - DEPUTAT

İdman

28 Mart 2023, 16:34

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazini istefaya çağırmaq lazım deyil, o, özü istefa verməlidir.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Etibar Əliyev deyib.

 

Ötən gün Azərbaycan millisinin İsveçə 5:0 hesabı ilə uduzmasına münasibət bildirən deputat baş məşqçinin postundan getməli olduğunu düşünür: “Mən futbol mütəxəssisi deyiləm. Ancaq güclü futbol azerkeşiyəm və tələbə olarkən yaxşı futbol oynamışam. Əgər nəticə yaxşı deyilsə, onun özü istefa verməlidir. Dünya praktikasında belədir. Dünyanın böyük məşqçiləri var ki, komanda kiçik hesabla məğlub olanda belə özləri istefa verib. Bu, onun özünün məsələsidir. Onu istefaya çağırmaq doğru deyil”.

 

Deputat vurğulayıb ki, futbol sahəsində irəliləmək üçün bir sıra məsələlərə əhəmiyyət vermək lazımdır:

 

“Futbol mürəkkəb komanda oyunudur. Əgər futbol asan olsaydı, Messiyə bənzər 15 futbolçu olardı. Elə ölkələr var ki, hansı idman sahəsində axsayırlarsa, ora çox vəsait ayırmırlar. Məşqçilərdən asılı olmayaraq bizim komandanın oyunu çox vaxt alınmır. Ona görə də, biz bu gün nə etməli sualına cavab tapmalıyıq. Biz uşaq futboluna çox böyük diqqət yetirməliyik. İstənilən yaxşı oynayan uşaq futbolçunu stimullaşdırmaq lazımdır. Onların qayğısına qalmaq vacibdir. Bir də vaxtilə yaxşı futbolçu olmuş şəxslərin oyun zamanı fikirlərindən yararlanmaq lazımdır. Onların potensialından istifadə etmək yalnız fayda verər”.

 

Qeyd edək ki, ötən gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan yığması səfərdə İsveçin qonağı olub. Stokholm şəhərində təşkil olunan matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin biabırçı məğlubiyyətinə eitrazını bildirən azarkeşlər futbolçuları, məşqçi heyətini və AFFA rəhbərliyini tənqid atəşinə tutub.

Bu xəbər ilə bağlı
“Sürücünü yox, maşını dəyişmək lazımdır” - Biabırçı məğlubiyyətin səbəbləri
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?