Millimizin oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

Millimizin oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

İdman

30 Mart 2023, 08:39

Avropa çempionatının 2022/2023-cü il mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.


Modern.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları aprelin 6-11-də Slovakiyada təşkil olunacaq.


B Liqasının beşinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu aprelin 8-də Monteneqroya qarşı keçirəcək. Matçın baş hakimi kiprli İoanna Allayiotou olacaq. Ona Despoina Demosthenous (Kipr) və Anna Vieczorek (Polşa) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Katarzina Lisiecka-Sek yerinə yetirəcək.

 

Aprelin 11-də Azərbaycan – Slovakiya matçı keçiriləcək. Oyun serbiyalı baş hakim Marina Jivkoviçə həvalə edilib. Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr) baş hakimin köməkçiləri, kiprli İoanna Allayiotou dördüncü hakim olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təcili! Ukraynadan növbəti hücum: Moskva bombalandı