Modern.az

Millimiz FİFA-nın reytinqində 3 pillə geriləyəcək

Millimiz FİFA-nın reytinqində 3 pillə geriləyəcək

İdman

30 Mart 2023, 11:50

Azərbaycan millisinin növbəti FİFA reytinqindəki mövqeyi bəlli olub.

 

Modern.az-ın məlumatına görə, yığmamız aprel reytinqində dünyanın 124-cü komandası olacaq.

 

Canni de Byazinin yetirmələrinin hesabında 1142,25 xal olacağı dəqiqləşib. Millimiz hesabat dövründə iki matça çıxıb. Komandamız AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

 

Bu, millinin 3 pillə geriləməsinə səbəb olub. Niger, Qambiya və Mərkəzi Afrika Respublikası yığmamızı arxada qoyub.

 

Qeyd edək ki, FİFA reytinqi aprelin 6-da açıqlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi