Modern.az

Güləşçilərimiz Avropa çempionatına hazırlaşır

Güləşçilərimiz Avropa çempionatına hazırlaşır

31 Mart 2023, 07:47

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır.


Modern.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandaları ilə birgə təlim-məşq toplanışı keçir.


Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər.
Qeyd edək ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı