Modern.az

Ronaldo tarixi şəxsiyyətdir, onun pərəstişkarıyam - Teymur Rəcəbov

Ronaldo tarixi şəxsiyyətdir, onun pərəstişkarıyam - Teymur Rəcəbov

31 Mart 2023, 21:27

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov portuqaliyalı futbolçu Kriştianu Ronaldonun pərəstişkarı olduğunu deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “championat.com” saytına müsahibəsində danışıb.

 

“Mən Ronaldonun pərəstişkarıyam. Bir məqalə oxumuşdum, Kriştianu ilə görüşən model biznesindən olan qız futbolçunun öz bədəninə necə qulluq etməsindən, hər uçuşdan sonra buzlu vanna qəbul etməsindən və “Real” komandasında məşqə hamıdan əvvəl gəlməsindən danışırdı. O, super peşəkardır. O, öz idman növündə tamamilə qazandığı titullara layiq olan tarixi şəxsiyyətdir. Yüz minlərlə insan ondan nümunə götürür. Ronaldo nəyə nail olmağa örnək göstərib.

 

Elə təsəvvür var ki, Kriştianu Ronaldonun karyerası heç də gözlənildiyi kimi başa çatmır. O, çox şeyə nail olub, lakin dünya çempionatını udmağa... Futbol – komanda oyunudur. Qətərdə Argentina yığması əla oynadı. Lakin çox şey bəxtin gətirməsindən də asılıdır. Əgər fransızlar son saniyələrdə 100 faizlik fürsət reallaşdırsaydılar, o halda biz indi deyərdik ki, Messi artıq heç vaxt dünya çempionu titulunu qazanmayacaq. Bu titulu isə Ronaldo qazana bilmir. Lakin o, idman həyatını möhtəşəm yaşayıb”, - məşhur şahmatçı deyib.

 

T.Rəcəbov müsahibəsində Messidən də danışıb: 

 

“Obyektiv olaraq, Messi tarixdə ən böyükdür. Dünya çempionatındakı qələbədən sonra bunda şübhə yoxdur. 2022-ci il dünya çempionatına qədər mən Kriştianuya üstünlük verirdim. Lakin finalda qələbədən sonra Messi hamıya hər şeyi sübut etdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər