Modern.az

Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırdı

Azərbaycanlı futbolçu “Şalke”yə qələbə qazandırdı

1 Aprel 2023, 01:20

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası növbəti matçına çıxıb.

 

Komanda doğma meydanda “Vuppertaler”lə qarşılaşıb. Futbolçumuzun komandası görüşdən qələbə ilə ayrılıb.

 

R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yeganə qolu 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.

 

Qeyd edək ki, “Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir