Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun sonuncu görüşündə "Sabah" klubu "Qəbələ"ni qəbul edib.
Modern.az xəbər verir ki, qarşılaşma paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıran "Sabah" ikinci, 36 xalı olan "Qəbələ" isə 5-ci yerdədir.
Meydan sahiblərinin sona 8 tur qalmış ilk "3-lük"dən kənar qalmayacağı dəqiqləşib. Beləliklə, "Sabah" komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.