Lionel Messi cari mövsümün sonunda PSJ klubunu tərk edə bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçu Paris klubunun heyətində yalnız məvacibinin azaldılmasına razılaşacağı halda qala bilər.
Messinin atası və PSJ-nin prezidenti Nasser Al-Xelaifi müqavilənin uzadılması şərtlərini razılaşdırmağa çalışsalar da, ortaq məxrəcə gələ bilmirlər. Mənbənin məlumatına görə, Messi “Barselona”ya qayıtmaqda maraqlıdır. Lakin Kataloniya klubu hələ argentinalı hücumçu ilə bağlı PSJ-yə rəsmi təklif göndərməyib.
Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində Fransa çempionatında 24 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.