Modern.az

Müller yeni rekorda imza atdı

Müller yeni rekorda imza atdı

İdman

5 Aprel 2023, 08:54

“Bavariya” klubunun futbolçusu Tomas Müller yeni rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, bunun üçün futbolçunun “Frayburq”la Almaniya Kubokunun 1/4 final oyununda start heyətində meydana çıxması kifayət edib.

 

Belə ki, 33 yaşlı Müller Münxen klubunun heyətində 64-cü kubok görüşündə iştirak edib. O, Sepp Mayerin 63 oyunluq rekordunu yeniləyib. Almaniya Kubokunda Gerd Müller 62, Frans Bekkenbauer 61, Oliver Kan və Hans-Corc Şvartsenbek isə 59 qarşılaşmada meydana çıxıblar.

 

Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”da çıxış edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?