Modern.az

Şahmatçımız dünya yığmasına dəvət aldı

Şahmatçımız dünya yığmasına dəvət aldı

İdman

5 Aprel 2023, 13:08

FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya yığmasına dəvət edib.

 

Azərbaycan Şahmat Federasiyasından Modern.az-a verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb.

 

Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.

 

Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.

 

Qeyd edək ki, yoldaşlıq görüşü 17-19 apreldə olacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?