Modern.az

“Real” “Barselona”ya qalib gələrək finala çıxdı

“Real” “Barselona”ya qalib gələrək finala çıxdı

İdman

6 Aprel 2023, 08:39

İspaniya kubokunun yarımfinalında "Barselona" komandası əzəli rəqibi "Real Madrid"lə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən görüş "Kral klubu"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Fransalı hücumçu Kərim Benzema 50, 58 və 81-ci dəqiqələrdə qol vuraraq het-trikə imza atıb. Bu qələbə sayəsində paytaxt təmsilçisi finala adlayıb.

 

Qeyd edək ki, martın 2-də Madriddə keçirilən ilk yarımfinal oyunu “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı