Modern.az

Gimnastlarımız Fransaya yollandı

Gimnastlarımız Fransaya yollandı

İdman

6 Aprel 2023, 13:46

Bədii gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq Qran Pridə iştirak edəcək.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv və fərdi gimnast Zöhrə Ağamirova artıq sözügedən ölkəyə yollanıblar.

 

Bu gün start götürən yarış aprelin 10-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?