Modern.az

“Qəbələ” “Zirə”yə qalib gəldi

“Qəbələ” “Zirə”yə qalib gəldi

İdman

7 Aprel 2023, 20:27

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.

 

Modern.az xəbər verir ki, turun açılış oyununda Qəbələ şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Görüşdən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” komandası “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.

 

“Qəbələ” – “Zirə” - 2:1

Qol: Ramon Maçado, 58 (1:0), Eldar Quliyev, 69 (1:1), Xuan Renato, 79 (2:1)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?