Modern.az

“Barselona” rəhbərindən FIFA və UEFA-ya ETİRAZ

“Barselona” rəhbərindən FIFA və UEFA-ya ETİRAZ

İdman

8 Aprel 2023, 11:05

“Barselona” futbol klubunun prezidenti Xuan Laporta korrupsiya qalmaqalı ilə bağlı FIFA və UEFA-ya müraciət edib.

 

Modern.az xəbər verir ki, 61 yaşlı klub rəhbəri hər iki quruma məktub göndərərək etirazını bildirib.

 

Laporta onlardan Kataloniya təmsilçisinə qarşı qərəzli mövqedən uzaq durmağı xahiş edib. O, həmçinin özlərini müdafiə etmək üçün danışmaq niyyətində olduqlarını bildirib.

 

Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödədiyi iddia edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?