İspaniyanın "Real Madrid" klubu futbolçusu Eduardu Kamavinqaya uzunmüddətli müqavilə təklif edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, fransalı futbolçunun maaşı ilə yanaşı, sərbəst qalma məbləği də artırılacaq. İddiaya görə, bu rəqəm 1 milyard avro olacaq. Sözləşmənin cari mövsümünü sonunadək yenilənəcəyi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsinin müttədi 2027-ci ilin iyununda başa çatacaq.