Azərbaycan Premyer Liqasının XXIX turunun növbəti oyununda "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
Modern.az xəbər verir ki, "Neftçi" səfərdə rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Bu qələbədən sonra xallarını 60-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmləndirib. 24 xalı olan "Sumqayıt" isə 8-ci yerdə qalıb.
Beləliklə, "Neftçi" növbəti mövsüm üçün avrokuboklara vəsiqəni təmin edib. Bundan əvvəl "Qarabağ" və "Sabah" da avrokuboklara vəsiqəni təmin etmişdi