Modern.az

Tovuzda heç-heçə, “Qarabağ” qalib gəldi

Tovuzda heç-heçə, “Qarabağ” qalib gəldi

İdman

9 Aprel 2023, 20:48

Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

 

Günün ilk matçında "Turan Tovuz" öz meydanında "Şamaxı" klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Turun son görüşündə lider "Qarabağ" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Qarşılaşma Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Qarabağ” – “Kəpəz” - 3:1 

Qollar: Abdullah Zubir, 5 (1:0), Yeqor Xvalko, 29 (1:1), Riçard Almeyda, 58-pen. (2:1), Leandro Andrade, 67 (3:1)
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
“Azersun Arena”

 

“Turan Tovuz” – “Şamaxı” - 1:1 

Qollar: Runi Eva, 3 (1:0), Fuad Bayramov, 9 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

 

8 aprel (şənbə)

 

"Sumqayıt” – “Neftçi” - 0:4 

“Səbail” – “Sabah” - 2:1 

 

7 aprel (cümə)

 

17:00. “Qəbələ” – “Zirə” - 2:1

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 29 24 5 0 74-16 77
2 Sabah 29 20 5 4 63-22 65
3 Neftçi 29 18 6 5 54-25 60
4 Qəbələ 29 10 9 10 36-36 39
5 Zirə 29 10 8 11 32-39 38
6 Turan Tovuz 29 7 8 14 24-39 29
7 Kəpəz 29 5 10 14 29-52 25
8 Sumqayıt 29 6 6 17 20-56 24
9 Şamaxı 29 4 9 16 24-45 21
10 Səbail 29 5 6 18 22-48 21


Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 15 qol
Emin Mahmudov ("Neftçi") - 14 qol

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?