Modern.az

De Byazi AFFA-ya hesabat verəcək

De Byazi AFFA-ya hesabat verəcək

İdman

11 Aprel 2023, 12:11

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, tədbir qurumun inzibati binasında baş tutacaq.

 

Aprelin 13-nə nəzərdə tutulan yığıncaq saat 10:00-da başlayacaq. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazinin hesabatıdır.

 

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən ilk iki görüş barədə komitəyə hesabat verəcək. Toplantıda digər məsələlər də müzakirə olunacaq.

 

Qeyd edək ki, millimiz Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?