Modern.az

Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ

Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ

İdman

14 Aprel 2023, 07:50

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

 

Əvvəlcə “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub. İtaliya təmsilçisi Niderlanddan məğlubiyyətlə qayıdıb.

 

“Mançester Yunayted” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyunda qələbəni son dəqiqələrdə buraxdıqları 2 qolla əldən veriblər.

 

“Yuventus” “Sportinq”lə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Bayer” də Belçika “Yunion”u ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya təmsilçisi doğma meydanda məğlubiyyətdən xilas olub.

 

Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel

 

Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.

 

Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 – Bonifeys, 51.

 

Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.

 

Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qol: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?