Modern.az

Azərbaycan çempionatında final vaxtı açıqlandı

Azərbaycan çempionatında final vaxtı açıqlandı

İdman

14 Aprel 2023, 16:36

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

“Express” və “Təhsil” arasında matç aprelin 16-da keçiriləcək. Görüş Voleybol Mərkəzində təşkil olunacaq.

 

Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq. Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

 

Kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut" həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

 

Qeyd edək ki, qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?